Fotos
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun gənc alimi Almaniyada elmi ezamiyyətdə olmuşdur
Dek 17 , 2023 | 11:47 / Mühüm hadisələr
Oxunma ( 448 )

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Katalizatorların hazırlanması” laboratoriyasının elmi işçisi, Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini Günel Əzimova Almaniyanın Rostok şəhərində yerləşən “Leibniz-Institut für Katalyse” elmi-tədqiqat mərkəzində (LIKAT) qısa müddətli elmi ezamiyyətdə olmuşdur.

Günel Əzimova  LIKAT-da ezamiyyət olduğu müddətdə “Heterogen Katalitik proseslər” şöbəsində hazırda həyata keçirilən “Qrafin əsaslı metal əlavə olunmuş” katalizatorların hazırlanmasında yaxından iştirak etmiş, eyni zamanda qaz fazada davamlı axınla ammonyakın parçalanması reaksiyasına dair bir sıra təcrübələr yerinə yetirmişdir. Gənc alim laboratoriyada yerinə yetirdiyi təcrübə zamanı heterogen katalizatorların hazırlanması üçün müxtəlif metodikalarından istifadə edərək onların optimal işləmə şəraitini araşdırmışdır. Günel Əzimova ezamiyyə müddətində müxtəlif fiziki-kimyəvi analiz metodikalarının işləmə texnikası ilə (XRF, XRD, BET surface area, FTIR, TPR/TPO/TPD, SEM, TEM, TG/DTA, Gas Chromatography) tanış olmuş və bir sıra nümunələrin ölçülməsini həyata keçirmişdir.

Gənc alim apardığı tədqiqat işi ilə əlaqəli olan “Catalytic oxidation of CO to CO2 using metal oxide based catalysts” adlı mövzuda təqdimatla ingilis dilində çıxış etmiş, eyni zamanda LIKAT-ın bir sıra elmi seminarlarında aktiv iştirak etmişdir. Günel Əzimova apardığı tədqiqat müddəti ərzində şöbə əməkdaşlarının rəğbətini qazanmış və göstərdiyi aktiv fəaliyyətinə görə təşəkkür məktubu təqdim edilmişdir.

Gənc alimimizə gələcək fəaliyyətində uğurlar arzulayırıq!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir. 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.