Fotos
Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirilib
Yan 12 , 2024 | 10:35 / Mühüm hadisələr
Oxunma ( 865 )

Yanvar ayının 12-də  N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) növbəti iclası keçirilib.

Tədbiri ŞAR Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aynurə Həsənova açaraq, gündəlikdə  duran  məsələlər  barədə  şura  üzvlərinə  məlumat  verib.

İclasda ilk öncə ötən ilin yekunlarına dair GAMŞ sədrinin hesabat çıxışı dinlənilib. Aynurə Həsənova çıxış zamanı 2023-cü ildə gənclərin elmi və elmi-təşkilati fəaliyyətinin statistikasını təqdim edib.

Sonra Şura üzvlərinə 2024-cü ilin fəaliyyət planı təqdim olunub və fəaliyyət planı üzrə nəzərdə tutulan tədbirlərin təşkili məsələləri müzakirə edilib. Fəaliyyət planı çərçivəsində ŞAR GAMŞ-ın mütəmadi astroseminar yığıncaqlarının yarımillik cədvəli də təsdiq edilib.

Sonda bir sıra cari məsələlər, o cümlədən gənclərin elmi və elmi-təşkilati fəaliyyətinin daha səmərəli təşkili ilə bağlı təkliflər dinlənilib və həmin təkliflər ətrafında diskussiya aparılıb.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.