Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib
Yan 18 , 2024 | 11:22 / Mühüm hadisələr
Oxunma ( 232 )

Yanvarın 18-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) növbəti genişləndirilmiş astroseminarı keçirilib.

Seminara rəhbərlik edən astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarını salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Sonra ŞAR-ın “Kosmik plazma və heliogeofiziki problemlər” şöbəsinin əməkdaşı Xalid Cəfərov Python proqramlaşdırma dili və onun astronomiyada tətbiqi” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi seminarda Python proqramlaşdırma dilinə giriş, onun kitabxanalarından istifadə qaydaları, astronomiyada tətbiqi kimi mövzulardan danışıb. Astronomik müşahidələri analiz etmək və alınmış materialları emal etmək üçün Python proqramlaşdırma dilindən istifadəni şərh edib. Eyni zamanda əldə olunmuş materiallardan istifadə edilməklə Matplot kimi kitabxanalarla qrafiklər yaradılması və astronomik materialların vizuallaşdırılmasını izah edib. 

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb. Çıxışın yekununda mövzu ətrafında geniş müzakirə aparılıb, suallar cavablandırılıb.

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.