Fotos
"Doktoranturaya qəbul və xarici dil üzrə fəlsəfə doktoru" mövzusunda maarifləndirici vebinar keçirilmişdir.
Fev 04 , 2024 | 12:56 / Mühüm hadisələr
Oxunma ( 1083 )
4 fevral, 2024-cü il tarixində İdarəetmə Sistemləri İnstitutu (İSİ) Gənc Alim və Mütəxəssislər şurası (GAMŞ) təşkilatçılığı ilə "Doktoranturaya qəbul və xarici dil üzrə fəlsəfə doktoru" mövzusunda maarifləndirici vebinar keçirilmişdir. 
Təlimdə Respublikanın müxtəlif Ali Təhsil müəssisələrinin və AMEA-nın institutlarının  doktorant və dissertantları, Gənc Alim və Mütəxəssislər şurasının üzvləri həmçinin magistrantlar və doktoranturaya hazırlaşan namizədlər olmaqla  ümumilikdə 100 nəfər iştirak etmişdir.
Tədbiri giriş nitqi ilə açan İSİ Gənc Alim və Mütəxəssislər şurasının sədri, kiçik elmi işçi Lamiyə Nəcəfova əvvəlcə doktorantura təhsili və elmi karyera  haqqında təlim iştirakçılarına ümumi məlumat vermişdir. Daha sonra təlimçilər Elşən Bağırov, İlahə İsgəndərova, Nurdan Əsədova ətraflı məruzə etmişdir. 
İnformasiya Texnologiyaları İnstitutunun dissertantı həmçinin data elmi üzrə ekspert Elşən Bağırov doktorantura və dissertanturaya qəbul qaydaları haqqında danışmış, namizədlərin bu barədə çox saylı suallarını cavablandırmışdır. 
İngilis dili üzrə təlimçi İlahə İsgəndərova xarici dil üzrə, Baki Dövlət Universitetinin müəllimi Nurdan Əsədova isə fəlsəfə fənni üzrə imtahanının strukturu, imtahanlarda  istifadə olunan test modelləri ilə bağlı geniş məlumat vermişlər.  
Sonda sual-cavab sessiyası keçirilmişdir.
 
 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.