Fotos
Gənc alimlər "Quba Soyqırımı Memorial Kompleksi"ni ziyarət etdilər
Mart 31 , 2024 | 02:05 / Mühüm hadisələr
Oxunma ( 889 )

AMEA RH-ın dəstəyi və GAM Şurasının təşkilatçılığı ilə alimlər Quba şəhərində yerləşən "Quba Soyqırımı Memorial Kompleksi"ni ziyarət etdilər. Alimlər soyqırımı qurbanlarının xatirəsini anmaqla yanaşı, tarixi faktlarla daha yaxından tanış olmuş, bələdçilər tərəfindən ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılmışdırlar.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.