Fotos
Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib
Apr 07 , 2024 | 10:56 / Mühüm hadisələr
Oxunma ( 323 )

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının genişləndirilmiş astroseminarı keçirilib.

Seminara rəhbərlik edən astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarını salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Sonra Əl-Fərabi Qazax Milli Universiteti “Fizika və Texnologiya” fakültəsinin “Bərk cisimlər fizikası və qeyri-xətti fizika” kafedrasının əməkdaşı fizika üzrə fəlsəfə doktoru Aynaş Amantaeva “Orbital periodun minimum qiymətində kataklizmik dəyişkən akkresiya diski” mövzusunda məruzə ilə çıxış edib. 

Təqdim olunan işdə müəyyən zaman intervalında yeni fotometrik və spektral müşahidələrə və arxivlərdən əldə edilmiş məlumatlara əsaslanaraq EZ Lyn (SDSS J080434.20+510349.2) qoşa sistemin sakit vəziyyətində orbital periodun minimum qiymətində kataklizmik dəyişkən akkresiya diskinin quruluşu tədqiq edilmişdir. Obyektin ulduz ölçüsü V = 17,95 2006-cı ildə ilk güclü partlayışdan əvvəlki ən parlaq ulduz ölçüsünə uyğun gəlir. Natiq qeyd edib ki, tədqiqat zamanı optik parlaqlıq əyrisində kiçik bir tutulmanın olduğu aşkar edilmişdir. Aşkar olunmuşdur ki, müxtəlif dövrlərdə obyektin sakit vəziyyətində alınmış spektrlər bir-birinə oxşardır. İşdə tətbiq olunan modellərə və fotometrik verilənlərə əsasən aşkar edilmişdir ki, ağ cırtdanın kütləsi MWD = 0,85 ± 0,01 M⊙ və effektiv temperaturu Teff = 11250 ± 50 K-dir. Sistemin meyl bucağı 79,0°, kütlə itkisi M ≈ 0,3-3,0×10-12 М⊙ /ildir. Diskin işıqlılığı və parlaqlıq əyrisi üçün qurulmuş modeldən alınmış nəticələr spiral qoldan gələn və kəsilməz şüalanmanı verən oblastın effektiv temperaturu üçün aşağı qiymət verir Teff = ~2500 K.  

Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzənin yekununda mövzu ətrafında geniş müzakirə aparılıb, suallar cavablandırılıb.

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.