Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti ustad dərsi keçirilib
May 19 , 2024 | 10:52 / Mühüm hadisələr
Oxunma ( 86 )

May ayının 17-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) gənc tədqiqatçılar üçün növbəti ustad dərsi keçirilib. 

Tədbiri astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm giriş sözü ilə açaraq, iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Sonra rəsədxananın "ri astrofizika və kosmologiya" şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Balaəli Rəcəbov "Kosmologiyanın əsasları" mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi seminarda ilk öncə kosmoloji kompakt obyektlərdən danışıb. Ağ cırtdanlar, neytron ulduzlar və qara dəliklər haqqında geniş məlumat verib, onların mənşəyi, təkamülü və xüsusiyyətlərini şərh edib. Alim qeyd edib ki, kosmoloji kompakt obyektlərin öyrənilməsində müasir nüvə fizikasının, müşahidə vasitələrinin, bərk cisimlər və elementar zərrəciklər fizikasının nəzəri və riyazı aparatından istifadə olunur. Bu obyektlərin tədqiqi Kainatın mənşəyi və təkamülünün öyrənilməsində ciddi rol oynayır.

Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzənin sonununda mövzu ətrafında geniş diskussiya aparılıb, suallar cavablandırılıb.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.