İyn 05 , 2024 | 12:07 / Mühüm hadisələr
İyunun 5-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) gənc tədqiqatçılar üçün növbəti ustad dərsi keçirilib.
Tədbiri astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm giriş sözü ilə açaraq, iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.
Sonra rəsədxananın "Qalaktikalar və ulduzəmələgəlmə prosesləri" şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Nazim Hüseynov "Qalaktikaların xüsusiyyətləri" mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi seminarda qalaktikalar haqqında ümumi məlumat verib, onların kəşfi, qalaktikalarda müşahidə olunan qırmızı sürüşmə, bir-birindən uzaqlaşmanın ümumi qanunu (Habbl qanunu), qalaktikaların morfoloji təsnifatı, qalaktika qrupları və topaları, Süd Yolu Qalaktikası və fəal nüvəli qalaktikalar haqqında danışıb. Həmçinin, qalaktikaların yaranma səbəbləri, morfoloji quruluşunun fərqli olması haqqında müasir təsəvvürlərə toxunub.
Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzənin sonununda mövzu ətrafında geniş diskussiya aparılıb, suallar cavablandırılıb.