Fotos
“Peyk təsvirlərindən istifadə etməklə palçıq vulkanlarında geoekoloji təhlil” layihəsi çərçivəsində elmi ekskursiya təşkil olunub
İyl 25 , 2024 | 09:20 / Mühüm hadisələr
Oxunma ( 93 )

Azərbaycan Respublikası Gənclər fondunun maliyyə dəstəyilə keçirilən “İdeyanı Reallaşdır 2023” qrant layihəsində qalib olmuş “Peyk təsvirlərindən istifadə etməklə palçıq vulkanlarında geoekoloji təhlil” layihəsi çərçivəsində Şamaxı rayonunda yerləşən Dəmirçi palçıq vulkanına gənc alim və tələbələrin elmi ekskursiyası təşkil edilib.

Ekskursiyanın məqsədi gənc alimləri palçıq vulkanları ilə tanış etmək və qısa elmi təcrübələrin aparılması olmuşdur. Belə ki, vulkanda metan qaz çıxışının ölçülməsi “VENTIS MX4” cihazı vasitəsilə aparılıb. Ekskursiyanın işində Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutu, BDU, ADNSU, SDU, Milli Aviasiya Akademiyası və Qərbi Kaspi Universitetinin gənc alimləri və tələbələri iştirak ediblər. Ekskursiya və orada aparılan ölçmə işlərinin nəticələri iştirakçılar tərəfindən maraqla qarşılanıb. Layihə rəhbəri Pünhan Səmədli və ekspert Arif Hüseynov tərəfindən layihə çərçivəsində işlər davam etdirilir.

https://science.gov.az/az/news/open/29706

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.