İyl 24 , 2024 | 09:25 / Mühüm hadisələr
Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaranmasının 30 illiyinə həsr olunmuş "Heydər Əliyev və Dövlət gənclər siyasəti" mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masanı giriş sözü ilə Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov açıq elan etdi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi 1 dəqiqəlk sükutla yad edildikdən sonra «Heydər Əliyev və Azərbaycançılıq sənədli filmi nümayiş etdirildi. Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov "Heydər Əliyev və dövlət gənclər siyasəti" mövzusunda məruzə etdi. O, dövlət gənclər siyasətinin və ölkəmizdəki inkişafın Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd etdi. İlham Səfərov qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının Prezidenti olaraq ilk imzaladığı Gənclər və İdman Nazirliyinin yaradılması haqqında fərman olmuşdur. Yasamal rayon Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi Arifə Mustafayeva «Heydər Əliyev şəxsiyyəti müasir Azərbaycan gənclərinə örnəkdir>>> mövzusunda, «Elin Səsi» milli-mənəvi dəyərlərimizin qorunması İctimai Birliyinin sədri Elvin Talışınski «Heydər Əliyev və milli-mənəvi dəyərlər» mövzusunda, Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini filologiya üzrə fəlsəfə doktoru Şəfa Əliyeva «Heydər Əliyev və təhsil siyasəti mövzusunda və Vətən Müharibəsi iştirakçısı, mayor- qazi Süleyman Heydərov «Heydər Əliyev müstəqil Azərbaycan Ordusunun qurucusudur» mövzusunda çıxış etdilər. Dəyirmi masada Yasamal rayon Heydər Əliyev Mərkəzinin rəhbərliyi, Azərbaycan Milli Elmlər Akademiyasının institutlarının bir qrup fəal gənci, ali və orta ixtisas təhsil Müəssisələrinin Tələbə Gənclər Təşkilatlarının üzvləri, 3 saylı "ASAN Xidmət Mərkəzinin könüllüləri və «Elin Səsi» milli-mənəvi dəyərlərimizin qorunması İctimai Birliyi üzvləri olmaqla 45 nəfər iştirak etmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.