May 14 , 2024 | 09:53 / Mühüm hadisələr
XOŞBƏXT BAĞI OĞLU YUSİFZADƏ
(14 yanvar 1930 - 3 oktyabr 2023)
X.B.Yusifzadə - Azərbaycanın mühəndis-geoloqu, geologiya-mineralogiya elmləri doktoru (1987), professor, AMEA-nın həqiqi üzvü (aprel, 2007), Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti olmuşdur. Akademik Xoşbəxt Yusifzadə Azərbaycanın neft salnaməsinə parlaq səhifələr yazmış şəxsiyyətlərdəndir.
X.B.Yusifzadənin rəhbərliyi ilə Xəzər dənizində neft-qaz ehtiyatlarının elmi cəhətdən əsaslandırılmış proqnozu verilmiş, axtarış-kəşfiyyat işlərinin kompleks layihələri tərtib edilib həyata keçirilmiş, onun redaktorluğu altında Azərbaycanın neftliliyinə və qazlılığına aid bir sıra xəritə və atlaslar nəşr edilmişdir. Xəzərdə genişmiqyaslı axtarış-kəşfiyyat işlərinin uğurla aparılmasında və dənizin zəngin potensialının üzə çıxarılmasında onun müstəsna xidmətləri vardır. Alimin bilavasitə rəhbərliyi və iştirakı ilə 20-dən artıq neft və qaz yatağı, o cümlədən “Azəri”, “Çıraq” və “Günəşli” yataqları kəşf edilərək istismara verilmişdir. X.B. Yusifzadənin rəhbərliyi və bilavasitə iştirakı ilə xarici şirkətlərlə birlikdə geoloji-geofiziki, elmi-tədqiqat işləri aparılmış və saziş sahələri üçün geoloji-kəşfiyyat işlərinin proqramı və işlənilmənin layihələri hazırlanmışdır.
4-5 dekabr 2024-cü il tarixində Bakı şəhərində “Xəzər regionunun neftqazlılığı və geoekoloji problemləri” mövzusunda “Xoşbəxt Yusifzadə qiraətləri” beynəlxalq elmi-praktiki konfrans keçiriləcəkdir. Konfransda neft-qaz geologiyası, geokimyası, geofizikası, neft və qaz yataqlarının işlənməsi, quyuların qazılması, geomexanika, geoekologiya və iqlim dəyişmələri üzrə alim və mütəxəssislər iştirak etməyə dəvət olunur.
Konfransın təşkilatçıları:
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutu, Geologiya və Geofizika İnstitutu və SOCAR.
Konfransın əsas elmi istiqamətləri:
Neft və qaz yataqlarının geologiyası, geokimyası, axtarışı və kəşfiyyatı, karbohidrogen ehtiyatlarının qiymətləndirilməsi, hövzə analizi və karbohidrogen sistemlərinin modelləşdirilməsi
Mövzu: İnnovativ rəqəmsal texnologiyalarıntətbiqi iləhövzə analizi, karbohidrogen sistemlərinin modelləşdirilməsi və müasir geokimyəvi tədqiqatlar əsasında çöküntü komplekslərin karbohidrogen generasiya potensialının və karbohidrogen resurslarının qiymətləndirilməsi, neft və qazın axtarışı və kəşfiyyatının yeni prioritet istiqamətlərinin müəyyən edilməsi.
Mövzu: Böyük dərinliklərdə karbohidrogenlərin əmələgəlmə şəraiti və faza halı.
Mövzu : Q e y ri-ə n ə n ə v i k a rb o h id ro g e n re s u rs la rı: ə m ə lə g ə lm ə ş ə ra iti, qiymətləndirilməsi və aşkar olunma pekspektivləri.
Yer təkinin geofiziki üsullarla tədqiqi və neft və qazın axtarışı və kəşfiyyatının müasir texnologiyaları
Mövzu: Yer qabığının strukturunun öyrənilməsi və karbohidrogen yataqlarının axtarışı üçün geofiziki üsulların nəzəriyyəsi və texnologiyasının təkmilləşdirilməsi.
Mövzu: Aerokosmik tədqiqatların nəticələri ilə birlikdə seysmik məlumatların emalı və interpretasiya edilməsi üçün yeni texnologiyalar.
Mövzu: Dərin çöküntülərdə və litoloji-stratiqrafik tələlərdə neft və qaz yataqlarının axtarışında seysmik kəşfiyyatın müasir üsulları.
Neft və qaz yataqlarının işlənməsi, quyyuların qazılması və geomexanika
Mövzu: Anormal yüksək təzyiq və temperatur, diapirizm və palçıq vulkanizmi şəraitində karbohidrogen yataqlarının işlənməsi və istismarı və quyularının qazılmasıüçün müasir yanaşma və üsullar.
Mövzu: Süxurların geomexaniki xassələri, onların gərginlik vəziyyəti, təbii və texnoloji amillərin təsiri nəticəsində baş verən deformasiya və dağılma prosesləri.
Mövzu: Uzunmüddət işlənmədə olan neft-qaz yataqlarında neftvermənin artırılması və qalıq neft ehtiyatlarının çıxarılması üçün innovativ texnologiyalar.
Geoekologiya və iqlim dəyişmələri Mövzu: Neft və qaz sənayesinin geoekoloji aspektləri.
Mövzu: Karbohidrogen xammalının istehsalı, daşınması və saxlanması üçün ekoloji cəhətdən təmiz üsullar.
Mövzu: İstixana qazları və iqlim dəyişmələri: elmi və texnoloji aspektlər.
Tezislərin qəbulu 1 may 2024-cü il tarixində başlayacaq və 31 avqust 2024-cü il tarixinədək davam edəcəkdir. Konfransın rəsmi dilləri: azərbaycan, ingilis və rus dilidir. Məruzənin tezisi bu dillərdən birində yazıla bilər. Tezislər [email protected] e- mail ünvanına göndərilməlidir.
Tezislərin tərtibatı qaydaları Mətnin ümumi həcmi 2 səhifənikeçməməlidir. Mətn A4 formatında (210x297 mm), MS Word proqramında, Times New Roman şrifti ilə yığılır (hərflərin ölçüsü -12; sətirlərarası interval - 1; kənardan məsafələr: hər tərəfdən - 2 sm). Abzaslar arasında məsafə qoyulmur, mətn hər iki tərəfdən düzləndirilir. Tezisin adı ortadan böyük hərflərlə qalın şriftləhər növbəti sətirdən: müəllif(lər)in adı, atasının adı, soyadı (tam açıq şəkildə); elmi dərəcəsi, elmi adı, işlədiyi və təhsil aldığı (doktorant və dissertantlar üçün) müəssisənin adı və ünvanı, ölkənin adı; korrespondent müəllifin e-ünvanı, mobil əlaqə nömrəsi qeyd olunmalıdır. Əsas mətn yeni abzasdan (abzas-1 sm) adi şriftlə başlanır.
Konfrans materiallarının dərc edilməsi Konfrans materialları toplu şəklində nəşr ediləcəkdir. Konfransın proqram komitəsi tərəfindən seçilmiş tezislər genişləndirilərək məqalə şəklində Scopus elmimetrik bazasında indeksləşən ANAS Transactions jurnalında dərc olunacaq.
Konfransda iştirak üçün qeydiyyat haqqı yoxdur.
Əlaqə: E-mail: confcrcncc.oEİ@gmail.com;huscvnova [email protected]
Tel.: +994 12 493 67 51; +994 12 498 12 83;
Mob.:+994 50 370 54 53