Avg 01 , 2024 | 04:26 /
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən il ərzində Əməkdə, təhsildə və ictimai fəaliyyətdə fərqlənən gənclər 2023-cü ilin Peşəkar Gənci adı ilə təltif olunub. Mükafatlandırılanların təltifi AMEA Azad Həmkarlar İttifaqının Rəyasət Heyətinin növbəti iclasında baş tutub.
İclası giriş sözü ilə Azad Həmkarlar İttifaqının sədri s.e.ü.f.d., dosent Sənan Həsənov açıb. O, son dövrlər akademiyada həyata keçirilən yeniliklər, alimlər üçün yaradılan münbit şəraitdən və Akademiya rəhbərliyinin bu sahədə əməli dəstəyindən, eyni zamanda qarşıda duran vəzifələr haqqında danışıb. S.Həsənov çıxışında vurğulayıb ki, gənclərin öz peşəsinə mükəmməl yiyələnməsi dövlətimiz üçün vacib amildir.
S.Həsənov bildirib ki, 2023-cü ilin yekunlarına görə Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi Orxan Fəxrəddin oğlu Ağamirzəyev, ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işçisi Günel Ramiz qızı Əzimova, Arxeologiya və Antropologiya İnstitutunun böyük elmi işçisi Gülanə İlqar qızı Əliyeva AHİK İcraiyyə Komitəsinin müvafiq qərarı ilə təsis edilmiş “İlin peşəkar gənci” fəxri adına layiq görülüb.
Sonda yuxarıda adları çəkilən əməkdaşlara AHİK-in “İlin peşəkar gənci” nominasiyasının diplomu, döş nişanı və mükafat təqdim edilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının institutlarının bir qrup fəal gənci, ali və orta ixtisas təhsil Müəssisələrinin Tələbə Gənclər Təşkilatlarının üzvləri, 3 saylı "ASAN Xidmət Mərkəzinin könüllüləri və «Elin Səsi» milli-mənəvi dəyərlərimizin qorunması İctimai Birliyi üzvləri olmaqla 45 nəfər iştirak etmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.