Fotos
Diaspor Gənclərinin V Yay Düşərgəsində Qərbi azərbaycanlılarla görüş olub
Avg 07 , 2024 | 07:04 / Görüşlər
Oxunma ( 749 )

Laçın, 6 avqust, Aydın Yavərzadə, AZƏRTAC

“Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsində növbəti görüşün mövzusu Qərbi Azərbaycana həsr olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, görüşdə Qərbi Azərbaycan İcmasının Aparatının rəhbəri Qalib Qasımov, icmanın əməkdaşları Sənan Əhməd və Anar İrzaquliyev, tarix elmləri doktoru, AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə elmləri doktoru, dosent Əfşan Şəfiyeva iştirak edib. Görüş Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Esmira Xəlilovanın moderatorluğu ilə keçirilib.

Tədbirdə “Qərbi Azərbaycana yaxından baxış” adlı sənədli film nümayiş olunub, Qərbi Azərbaycanın tarixi-memarlıq abidələrini, coğrafiyasını, təbii gözəlliklərini əks etdirən fotolar, Qərbi Azərbaycanın tarixi, dəyişdirilmiş toponimləri haqqında təqdimat göstərilib.

Qərbi Azərbaycan İcmasının Aparatının rəhbəri Qalib Qasımov icmanın fəaliyyəti, Qayıdış Konsepsiyası barədə çıxış edib.

Çıxışçılar tarixi Azərbaycan torpağında, indiki Ermənistan ərazisində min illər boyu yaşayan soydaşlarımızın etnik mövcudluğuna son qoyulmasının və onların mədəni irsinin məhv edilməsinin ermənilərin dövlət siyasəti olduğunu bildiriblər. Qeyd olunub ki, 1988-ci ildəki sonuncu etnik təmizləmə nəticəsində azərbaycanlılar dədə-baba yurdlarından tamamilə çıxarılıblar.

Görüşdə xalqımızın Qərbi Azərbaycandakı zəngin tarixi-mədəni irsinin öyrənilməsi, təbliği, indiki Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin hüquqlarının beynəlxalq müstəvidə bərpası, həmin insanların öz ata-baba yurdlarına qayıdışının təmini və birgəyaşayışa nail olunması məqsədilə Qərbi Azərbaycan İcmasının yaradıldığı qeyd edilib. İştirakçılar ölkə başçısının 2022-ci ilin dekabr ayında icmanın inzibati binasında Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşünü məmnunluqla xatırlayaraq, Qərbi azərbaycanlıların ən qısa müddətdə öz tarixi torpaqlarına qayıdacaqlarına əminliklərini ifadə ediblər.

Tədbirdə Qərbi Azərbaycanın tarixinin, mədəniyyətinin və həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında Azərbaycan diasporunun rolundan bəhs olunub. Gənclərin bu işdə fəal olmasının vacibliyi vurğulanıb, tövsiyələr səsləndirilib.

Diaspor gəncləri onları maraqlandıran sualları ünvanlayıb, yaşadıqları ölkələrdə Qərbi Azərbaycan mövzusunda öz üzərlərinə düşənləri edəcəklərini söyləyiblər.

Sonda ən yaxşı sualların müəlliflərinə kiçik hədiyyələr təqdim olunub.

AZƏRTAC

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.