Fotos
Tarix Muzeyində xarici tələblər və şagirdlər üçün interaktiv dərs keçirilib
Avg 08 , 2024 | 01:24 / Mühüm hadisələr
Oxunma ( 618 )

Milli Azərbaycan Tarixi Muzeyində Almaniya Federativ Respublikasında yaşayan bir qrup gənclər üçün “Zəhmət ilə gələn zinət. Dərsimiz - Hacı Zeynalabdin” adlı iki dərsdən ibarət interaktiv dərs keçirilib.

Dərsin birinci hissəsində gənclərə H.Z.Tağıyevin həyat və fəaliyyətindən bəhs edilib, daha sonra H.Z.Tağıyevin ev muzeyinə təşkil olunan ekskursiyada muzeyin yerləşdiyi binanın arxitekturası haqqında məlumat verilib. Dərsin ikinci hissəsində isə intellektual oyun - kvest təşkil olunub. Kvestin sonunda qaliblərə hədiyyələr təqdim olunub.

Sonda xarici tələbə və şagirdlər üçün Azərbaycanın ən qədim dövrdən bu günə qədərki tarixini əks etdirən, həmçinin yeni tarixi artefaktlarla zənginləşdirilmiş, interaktiv masalar və 3D holoqramlarla təchiz olunmuş Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasına ekskursiya təşkil edilib.

https://science.gov.az/az/news/open/29776

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.