Türkiyə–Azərbaycan Universitetinə tələbə qəbulu aparılır
Avg 08 , 2024 | 04:59 / Digər elanlar
Oxunma ( 339 )

Türkiyə–Azərbaycan Universitetinə 2024–2025-ci tədris ili üçün kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisasları üzrə tələbə qəbulu həyata keçirilir. 

 Abituriyentlər 9–19 avqust tarixlərində ixtisas seçimində iştirak etməklə qeyd olunan ixtisasları seçə bilərlər.

 Tədris ingilis dilində və Orta Şərq Texniki Universiteti, İstanbul Texniki Universiteti və Hacettepe Universitetində həyata keçirilən təhsil proqramlarına uyğun aparılacaq.

 Türkiyə–Azərbaycan Universitetində tədris prosesinə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunub.

 Qeyd edək ki, Türkiyə–Azərbaycan Universiteti ilə bağlı Azərbaycan Texniki Universitetində "Açıq qapı" günü keçirilir. Abituriyentlər "Açıq qapı" günündə iştirak etməklə universitetlə əlaqədar onları maraqlandıran suallara cavab tapa bilərlər.  

 "Açıq qapı" günü şənbə və bazar daxil olmaqla hər gün saat 09:00-dan 18:00-a qədər davam edir. 

 Ünvan: Azərbaycan Texniki Universiteti, Hüseyn Cavid pr. 25.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.