Avg 13 , 2024 | 10:30 /
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 2, maddə 160 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
1. Adında və 1-ci hissəsində “2022–2026-cı” sözləri “2022–2028-ci” sözləri ilə əvəz edilsin.
2. Həmin Sərəncamla təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” üzrə:
2.1. adında “2022–2026-cı” sözləri “2022–2028-ci” sözləri ilə əvəz edilsin;
2.2. 1-ci hissə üzrə:
2.2.1. birinci abzasda “2022–2026-cı” sözləri “2022–2028-ci” sözləri ilə əvəz edilsin;
2.2.2. on birinci abzas üzrə:
2.2.2.1. birinci cümlədə “400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000” sözləri “500” rəqəmləri ilə, “və magistratura” sözləri “, magistratura və doktorantura” sözləri ilə əvəz edilsin;
2.2.2.2. aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:
“Ali təhsilin doktorantura səviyyəsində ölkənin sosial-iqtisadi inkişafının prioritet istiqamətlərinə uyğun ixtisaslara üstünlük verilməsi Azərbaycan Respublikasında akademik potensialın gücləndirilməsini, elmi-texniki və intellektual potensialın artırılmasını, elmi yaradıcılığın inkişafını və elmi biliklərin yayılmasını təmin edəcəkdir.”;
2.3. 2-ci hissənin üçüncü abzasının ikinci cümləsinə “artırır” sözündən sonra “, elmi kadr hazırlığının səmərəliliyinin yüksəldilməsini, ölkənin elm və innovasiya potensialının gücləndirilməsini şərtləndirir” sözləri əlavə edilsin;
2.4. 4-cü hissə üzrə:
2.4.1. birinci cümlədə “2022–2026-cı illərdə, hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000” sözləri “2022–2028-ci illərdə, hər il 500” sözləri ilə əvəz edilsin;
2.4.2. ikinci cümlədə “ən azı 80 faizi” sözləri “2022–2024-cü illərdə 80 faizədək hissəsi” sözləri ilə əvəz olunsun və həmin cümləyə “səviyyəsini” sözündən sonra “, 2025-ci ildən başlayaraq isə 25 faizindən çox olmayan hissəsi ali təhsilin bakalavriat səviyyəsini və 20 faizindən çox olmayan hissəsi ali təhsilin doktorantura səviyyəsini” sözləri əlavə edilsin;
2.5. 5-ci hissənin altıncı abzasından “təhsilin bakalavriat və magistratura səviyyələri üzrə” sözləri çıxarılsın;
2.6. 6-cı hissə üzrə:
2.6.1. 6.2-ci bəndin üçüncü abzasında “da gücləndirəcəklər” sözləri “gücləndirəcək, ali təhsil müəssisələrinin beynəlxalq reytinqinin yüksəlməsinə və elm-tədqiqat profilli təhsil müəssisələrinə çevrilməsinə şərait yaradacaqlar” sözləri ilə əvəz edilsin;
2.6.2. 6.3-cü bəndin ikinci abzasının ikinci cümləsindən “isə” sözü çıxarılsın və həmin cümləyə “magistratura səviyyəsində” sözündən sonra “, ölkənin sosial-iqtisadi inkişafının prioritet istiqamətlərinə uyğun ixtisas üzrə təhsil almaq istəyən, elmi nəticələri və elmi potensialı olan yaradıcı gənclərə isə ali təhsilin doktorantura səviyyəsində” sözləri əlavə edilsin;
2.7. 9-cu hissə üzrə:
2.7.1. 9.1-ci bənd üzrə:
2.7.1.1. “Əsas icraçı orqan (qurum)” sütununda “Təhsil Nazirliy” sözləri “Elm və Təhsil Nazirliyi” sözləri ilə əvəz edilsin;
2.7.1.2. “İcra müddəti” sütununda “2022” rəqəmləri “2024” rəqəmləri ilə əvəz edilsin;
2.7.2. 9.2-ci bənd üzrə:
2.7.2.1. “Digər icraçılar” sütununa “Təhsil” sözündən əvvəl “Elm və” sözləri əlavə edilsin;
2.7.2.2. “İcra müddəti” sütununda “2022” rəqəmləri “2024” rəqəmləri ilə əvəz edilsin;
2.7.3. 9.3-cü bənd üzrə:
2.7.3.1. “Əsas icraçı orqan (qurum)” sütununa “Təhsil” sözündən əvvəl “Elm və” sözləri əlavə edilsin;
2.7.3.2. “İcra müddəti” sütununda “2022” rəqəmləri “2024” rəqəmləri ilə əvəz edilsin;
2.7.4. 9.4-cü bənd üzrə:
2.7.4.1. “Digər icraçılar” sütununa “Təhsil” sözündən əvvəl “Elm və” sözləri əlavə edilsin;
2.7.4.2. “İcra müddəti” sütununda “2022” rəqəmləri “2024” rəqəmləri ilə əvəz edilsin;
2.7.5. 9.5-ci bəndin “İcra müddəti” sütununda “2022–2026” rəqəmləri “2022–2028” rəqəmləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 avqust 2024-cü il