Fotos
Almaniya universitetinin tələbələri Coğrafiya İnstitutunda olublar
Avg 19 , 2024 | 11:36 / Görüşlər
Oxunma ( 733 )

Almaniyanın Gissen şəhərindəki Yustus Libix Universiteti ilə Elm və Təhsil Nazirliyinin  Coğrafiya İnstitutu arasında bağlanmış memoranduma əsasən Almaniya universitetin tələbələri - Florian Behrens və Gülay Göktaş Coğrafiya İnstitutunda olublar.

Səfər DAAD (Alman Akademik Mübadilə Xidməti) fondunun maliyyə dəstəyi ilə “Management of Geoparks in the southern Caucasus” (Cənubi Qafqazda geoparkların idarə edilməsi) layihəsi çərçivəsində baş tutub.

İnstitutun icraçı direktoru c.ü.f.d., dosent Zaur İmrani və Demoqrafiya və əhali coğrafiyası şöbəsinin kiçik elmi işçisi Bəyimxanım Hüseynova tələbələrə institutun tarixi, elmi fəaliyyəti və son dövrlərdə görülən elmi işlər barəsində geniş məlumat verib, yeni nəşrlərlə onları tanış edib.

Tələbələr iki həftə ərzində Coğrafiya İnstitutunda elmi-tədqiqat işi ilə məşğul olacaq, eləcə də Azərbaycanda geoparkların yaradılması üçün potensial və geoturizm imkanları yüksək olan ərazilərə səfər edəcəklər. Səfər proqramı çərçivəsində tələbələrin Samur-Yalama və Hirkan Milli Parklarına, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, Altıağac Dövlət Təbiət Qoruğu və digər ərazilərə ezam olunması nəzərdə tutulub.

Tədqiqat işinin yekun mərhələsində tələbələr Azərbaycanda tanış olduqları ərazilərdə geoparkların təşkili, geoturizmin müasir vəziyyəti, inkişafı və digər məsələlər haqqında hesabat hazırlayacaq, topladıqları məlumatlar əsasında Verilənlər Bazası yaradacaqlar.

https://science.gov.az/az/news/open/29813

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.