Fotos
Coğrafiya İnstitutunun əməkdaşının Almaniyada təcrübə müddəti başa çatıb
Avg 19 , 2024 | 11:44 /
Oxunma ( 652 )

Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu ilə Almaniyanın Yustus Libix Universiteti Coğrafiya departamenti arasında imzalanmış elmi əməkdaşlığa dair memoranduma əsasən Almaniya Federativ Respublikasına ezam edilmiş Demoqrafiya və əhali coğrafiyası şöbəsinin kiçik elmi işçisi Bəyimxanım Hüseynovanın təcrübə mübadiləsinin müddəti başa çatıb.

Mübadilə proqramı çərçivəsində 3 ay müddətinə universitetdə təcrübə keçən B.Hüseynova proqram çərçivəsində Giessen Coğrafiya Cəmiyyətinin mühazirələrində, eləcə də departamentin “Global cənubun iqlim dəyişiklikliyi və inkişafı”, “Resurs iqtisadiyyatı və Davamlı idarə”, “İqlim, iqlim dəyişikliyinin təsiri” və digər mövzular üzrə seminarlarda  iştirak edib, mühazirələr dinləyib, tədqiqat işləri aparıb.

Kiçik elmi işçi Almaniyanın bir çox regionlarına (“Grube Fortuna”, “Lahn-Mamor-Museum”, “Autumn labyrinth”, “Colonge-Bonn Region” və s.) ekskurs edərək tədqiqat işi üçün lazımlı məlumatlar toplayıb.

Mübadilə proqramının sonunda Cİ əməkdaşına Coğrafiya Departamentinin rəhbəri professor Andreas Dittmann tərəfindən diplom təqdim edilib. B.Hüseynovaya eyni zamanda “Geoparkların idarəsinin coğrafiyası” konfransında iştirak və məruzə ilə çıxış etdiyinə görə sertifikat verilib.

https://science.gov.az/az/news/open/29810

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.