Fotos
Rəsədxanada şəhid və qazi övladları üçün düşərgə təşkil olunub
Avg 16 , 2024 | 12:00 /
Oxunma ( 44 )

Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) dəstəyi və “ƏMANƏT - Şəhid və Qazi Övladlarının Fərdi İnkişafına Dəstək Layihəsi”nin təşkilatçılığı ilə şəhid və qazi övladları üçün 4-cü "Yay düşərgəsi" təşkil olunub.

Ardıcıl 4 il davamlı olaraq təşkil olunan düşərgənin məqsədi şəhid və qazi övladlarının yay tətilini səmərəli keçirməsini, onların əyləncəli və intellektual-mədəni istirahətini təmin etməkdir. 2024-cü ildə şüarı “Təbiətə əmanət” olan düşərgədə ətraf mühitin qorunması ilə bağlı müxtəlif təlim və əyləncələr üstünlük təşkil edib, mentorlarla görüş təşkil olunub.

Düşərgənin 4-cü günü isə ŞAR-ın muzeyinə ekskursiya başlayıb, rəsədxananın tarixi, Yardımlı meteoridi, digər daha kiçik meteorid nümunələri, 2 metrlik teleskopun mexaniki idarəetmə sistemi və digər eksponatlar haqqında məlumat verilib. Daha sonra ŞAR-ın konfrans zalında düşərgə iştirakçılarına rəsədxananın əməkdaşları Əminə Hümbətova və Ülviyyə Bəşirovanın iştirakı ilə elmi-populyar seminar təşkil olunub. Əminə Hümbətova “Günəş sistemi obyektləri və ekzoplanetlər” haqqında çıxış edib, sonra isə uşaqları maraqlandıran suallara cavab verilib.

Daha sonra ŞAR-ın 2 metrlik, 60 və 70 santimetrlik teleskoplarına ekskursiya təşkil olunaraq, müşahidə prosesi, elmi materialların alınması, teleskopların iş prinsipi izah olunub. Əlavə olaraq, balaca qonaqlar ŞAR-ın 70 santimetrlik teleskopunda müşahidə gecəsində iştirak ediblər.

Düşərgə müddətində “Təkrar emal” masterklassı, o cümlədən Şamaxı Safari parka və Dəmirçi Arxeologiya Muzeyinə ekskursiyalar təşkil olunub.

https://science.gov.az/az/news/open/29796

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.