Fotos
Əlcəzair Xalq Demokratik Respublikasının ziyalıları Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib
Avg 19 , 2024 | 12:12 / Görüşlər
Oxunma ( 310 )

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşları artıq neçə illərdir ki, müxtəlif dillərdə Azərbaycan ədəbiyyatını, tarixini və mədəniyyətini dünyanın bir çox ölkəsindən müxtəlif məqsədlərlə şəhərimizə gələn qonaqlara, turistlərə təqdim edirlər.

Bu günlərdə Əlcəzairdən gələn bir qrup ziyalı muzeyin qonağı olub. Qonaqları ərəb dilində muzeyin ekspozisiyası ilə Beynəlxalq əlaqələr və dünya muzeyləri şöbəsinin elmi işçisi Natəvan Bağırova tanış edib.

Ekspozisiyasını maraqla izləyən əlcəzairli turistlər xüsusən xalqımızın şeirə, incəsənətə sevgisindən, həmçinin Azərbaycanın çoxəsrlik tarixinin, ictimai fikrinin, mədəniyyətinin Yaxın və Orta Şərq ölkələrilə, o cümlədən müsəlman dünyası ilə bağlılığından  söz açıblar. 

Muzeyin memarlıq və dizayn baxımından görünüşü, Nizami Gəncəvinin “Yeddi gözəl” əsərinə həsr olunmuş kompozisiya və repressiya zalı ziyalılar tərəfindən orijinallıq cəhətdən yüksək qiymətləndirilib. Əcnəbi qonaqlar muzeydən dolğun məlumat və xoş təəssüratlarla ayrılıblar.

https://science.gov.az/az/news/open/29807

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.