Fotos
Aerokosmik İnformatika İnstitutunun əməkdaşları Mərkəzi Elmi Kitabxana ilə tanış olublar
Avg 21 , 2024 | 02:34 / Görüşlər
Oxunma ( 824 )

Milli Aerokosmik Agentliyinin Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun direktoru Prezident təqaüdçüsü, Əməkdar müəllim, texnika elmləri doktoru, professor Elçin İsgəndərzadənin rəhbərliyi ilə institutun bir qrup əməkdaşı  Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) olublar.

Qonaqlar MEK-in Biblioqrafik və elektron informasiya xidməti şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyevanın müşayiəti ilə kitabxananın ayrı-ayrı zallarını və şöbələrini gəzib, zəngin fondu haqqında geniş məlumat əldə ediblər.

Sonda dəyirmi masa ətrafında keçirilən görüşdə ziyarətçilər ölkəmizin bu elm məbədində yaradılmış ali mühitdən məmnunluqlarını ifadə ediblər. Kitabxana işi ilə əlaqəli maraqlı fikirlər səsləndirilib.

https://science.gov.az/az/news/open/29815

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.