Biofizika İnstitutunun, Milli Onkologiya Mərkəzinin və İtaliyanın Nanotexnologiya İnstitutunun əməkdaşlarının Q1-ə daxil olan nüfuzlu jurnalda məqalələri dərc olunub
Sen 04 , 2024 | 10:48 /
Oxunma ( 40 )

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Biofizika İnstitutunun əməkdaşları, AMEA-nın müxbir üzvü, Oktay Qasımov və elmi işçi Mətanət Baxışovanın İtaliyanın Nanotexnologiya İnstitutnun (CNR) ( D. Simeone və başqaları) və Azərbaycan Milli Onkologiya Mərkəzinin əməkdaşları akademik Cəmil Əliyev və Elxan Kazımovla ilə birgə işləri Q1-ə daxil olan (İF= 5.3, SiteScore= 8.3) “ACS Applied Nano Materials” adlı nüfuslu jurnalda “Tailoring Gold Nanoisland-Based Biosensors for Ultrasensitive Detection of Doxorubicin in Biological Fluids” adlı məqalələri dərc olunub (ACS Appl. Nano Mater. 2024, 7, 16, 18724–18736, https://doi.org/10.1021/acsanm.4c01827)

Məqalədə görülən işlərin əsas məqsədi bu gün dünyada tibbin əsas prioritet sahəsi olan “Fərdiləşmiş Təbabətə” töhfə verməkdir. Fərdiləşmiş Təbabət vasitəsilə hər bir xəstə üçün xüsusi fizioloji parametrlərin müəyyənləşdirilməsi və ən uyğun, effektiv müalicə üsullarını təyin etmək mümkün olur. Dərman müalicəsinin dozası və müddəti bir tərəfdən dərmanın effektivliyini artırmaq, digər tərəfdən isə yan təsirləri minimuma endirmək üçün fərdiləşdirilməlidir. Başqa sözlə desək dəqiq təbabət plazmadakı dərman konsentrasiyasını təyin etmək və müvafiq olaraq dozaj diapazonunu optimallaşdırmaq üçün terapevtik dərman monitorinqini həyata keçirdir. Məqalədə xərçəng xəstəliyinin müalicəsində istifadə edilən və ciddi yan təsirlərə malik  agent olaraq diqqəti cəlb edən Doxorubicinin (DOX) qan plazmasındakı monitorinqi öz əksini tapmışdır.

Bunun üçün qan plazmasında DOX-u təyin etməyə imkan verən ultra-həssas rejimdə işləyə bilən biosensor hazırlanmışdır. Klassik Lokallaşdırılmış Səth Plazmon Rezonansına (LSPR) əsaslanan biosensor DOX-u nanomolar diapazondan, nüvə/qabıq Au/Al2O3 nanoadalarından ibarət yeni tip nanostrukturlu biosensor isə dərmanı pikomolar diapazonda təyin edə bilir.

Biosensorların müxtəlif in-vitro sistemlərində tətbiqində DOX-u yüksək həssaslıqla təyin etmək mümkün olmuşdur. Bundan sonra biosensorlar Milli Onkologiya Mərkəzidə müalicə alan xəstədə dərmanın zamandan asılı dəyişməsinin izlənilməsində istifadə edilmiş və uğurlu nəticələr əldə olunmuşdur.

Biofizika İnstitutu

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.