Fotos
“Seysmoaktiv ərazilərdə yaşayan gənclərin təhlükəsizlik tədbirləri haqqında maarifləndirilməsi” qrant layihəsi çərçivəsində təlimlər keçirilib
Sen 11 , 2024 | 02:41 / Mühüm hadisələr
Oxunma ( 610 )

16-18 avqust 2024-cü il tarixlərində Neft və Qaz İnstitutunda gənc mütəxəssis İsmayıl İsmayılovun “İdeyanı reallaşdır 2023” qrant layihəsində qalib olmuş, Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Neft və Qaz İnstitutunun və Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun tərəfdaşlığı ilə həyata keçirilən “Seysmoaktiv ərazilərdə yaşayan gənclərin təhlükəsizlik tədbirləri haqqında maarifləndirilməsi” layihəsi çərçivəsində təlimlər baş tutub.

Tədbiri giriş sözü ilə Neft və Qaz İnstitutunun icraçı direktoru g-m.e.d, prof. Vaqif Qurbanov açaraq, zəlzələlər haqqında hər kəsin məlumatlandırılmasının vacibliyini, zəlzələ baş verdiyi zaman və baş verdikdən sonra təhlükəsizlik tədbirlərini bilməyin hamı üçün önəmli olduğunu vurğulayıb.

Təlimlər 3 gün olmaqla, AzDƏMTTETİ-nin elmi işçisi olan Cəvahir Rəcəbli tərəfindən həyata keçilib. İştirakçılar təlimin 1-ci günü zəlzələlər, onların növləri, təsnifatı, yaranma səbəbləri və digər ümumi məlumatlar, 2-ci günü dünyada və Azərbaycanda baş vermiş ən dağıdıcı zəlzələlər və törətdiyi fəlakətlər, 3-cü gün isə zəlzələyə hazırlıq, zəlzələ zamanı və zəlzələ baş verdikdən sonra görüləcək təhlükəsizlik tədbirləri haqqında məlumatlandırılıblar.

Təlimdə BDU, ADNSU, AzTU, ADİU, ADAU, ADA, MAA, SDU, Xəzər və s. universitetlərdən tələbə və məzunlar, o cümlədən orta təhsil müəssisələrindən şagirdlər iştirak edib. Təlimin sonunda fəal iştirak edən gənclərə sertifikat və hədiyyələr təqdim olunub.

https://science.gov.az/az/news/open/29911

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.