Fotos
Polimer Materialları İnstitutunda COP29-a həsr olunan növbəti tədbir keçirilib
Sen 13 , 2024 | 12:56 / Mühüm hadisələr
Oxunma ( 33 )

13 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə COP29-a həsr olunan növbəti tədbir keçirilib. Tədbirdə Poliefir- və polikarbonat materiallar lаbоrаtоriyаsının kiçik elmi işçisi Ülviyyə İsmayılova ““Yaşıl” iqtisadiyyata keçid və “yaşıl” enerji təchizatçısına çevrilmək Azərbaycan iqtisadi siyasətinin prioritetlərindəndir” mövzusunda çıxış edib. Məruzəçi “yaşıl” iqtisadiyyatın genişləndirilməsi istiqamətində dünyada həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. O, “yaşıl iqtisadiyyat”ın inkişafı, rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması, təkrar emal prosesinin artırılması sahələrində əldə etdiyi uğurların “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” olan Azərbaycana COP29-a evsahibliyi etmək hüququ qazandırdığını bildirib. Ülviyyə İsmayılova Balaxanı Sənaye Parkı və Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun fəaliyyətləri haqqında məlumat verib. Çıxışında işğaldan azad edilmiş ərazilərin “yaşıl” iqtisadiyyat potensialından bəhs edən məruzəçi azad edilmiş ərazilərin bərpası prosesinin mühüm tərkib hissəsi kimi enerji infrastrukturunun qurulması və enerji təhlükəsizliyinin təmin edilməsinin əhəmiyyətini xüsusi qeyd edib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.