Fotos
Polimer Materialları İnstitutunda “Yaşıl dünya naminə həmrəylik ili” nə həsr olunan məruzə dinlənilib
Okt 07 , 2024 | 03:46 / Mühüm hadisələr
Oxunma ( 582 )

3 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda “Yaşıl dünya naminə həmrəylik ili” nə həsr olunan tədbir keçirilib. Tədbirdə Nanopolimer kompozitlər laboratoriyasının kiçik elmi işçisi Aidə Dünyamalıyevanın “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda  məruzəsi dinlənilib.

Aidə Dünyamalıyeva ekoloji mühitin sağlamlaşdırılmasının ölkəmizin dövlət siyasətinin prioritet məsələlərindən biri olduğunu bildirib. Ulu Öndər Heydər Əliyevin  ekoloji siyasətindən bəhs edən məruzəçi onun rəhbərliyi dövründə (1969-1982-ci illərdə) ətraf mühitin qorunması sahəsində 8 qanun, 30-dan artıq qərarın qəbul edildiyini qeyd edib. O vurğulayıb ki, Ümummilli Liderimiz 1993-cü ildə yenidən hakimiyyətə gəldikdən sonra da ekoloji problemlərin həlli istiqamətində bir sıra yeni qanunlar  qəbul edilib. 1998-ci ildə hazırlanan “Ətraf mühitin mühafizəsi üzrə Milli Fəaliyyət Planı”na əsasən Azərbaycanda müasir Təhlükəli Tullantılar poliqonu, Xıllı Nərə Balıqartırma zavodu inşa edilib, Kür-Bakı su kəmərinin tikintisinə başlanılıb.

Aidə Dünyamalıyeva Ümummilli Lider Heydər Əliyevin ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində gördüyü tədbirlərin onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildiyini bildirib. Sonda mövzu ətrafında müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.