Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti ustad dərsi keçirilib
Okt 15 , 2024 | 02:28 / Görüşlər
Oxunma ( 87 )

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) gənc tədqiqatçılar üçün növbəti ustad dərsi keçirilib.

Tədbiri astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm giriş sözü ilə açaraq, iş tirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Sonra rəsədxananın "Ulduz atmosferləri fizikası və maqnetizm" şöbəsinin müdiri, astronomiya elmləri doktoru, dosent Canməmməd Rüstəmov "Massiv ulduzların təkamül xüsusiyyətləri" mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi seminarda massiv ulduzların hər zaman astronomlar üçün diqqət mərkəzində olduğunu bildirib. Qeyd edib ki, bunun ən önəmli səbəbinlərdən biri, həmin ulduzların müasir astrofizikanın əsas obyektlərindən biri olan qara dəliklərin və neytron ulduzlarının törədiciləri olmasıdır. Belə ki, massiv ulduzlar təkamülün sonunda ifrat yeni kimi partlayaraq başlanğıc kütlələrindən asılı olaraq qara dəliyə və yaxud neytron ulduzuna çevrilir. Onların ifrat yeni kimi partlaması nəticəsində yerləşdikləri qalaktika ağır kimyəvi elementlərlə zənginləşir və bunun nəticəsində qalaktikada sonrakı ulduzəmələgəlmə prosesləri üçün mühüm şərait yaranır. Beləliklə, massiv ulduzlar qalaktikaların təkamülündə əsaslı rol oynayır. Qalaktikalar isə Kainatın əsas struktur elementləri olduğundan deməli, massiv ulduzlar bütünlükdə Kainatın təkamülündə mühüm yer tutur.

Massiv ulduzlar həm də çox uzaq məsafələrdə yerləşən qalaktikalar barədə mühüm informasiya mənbəyidir. Bu ulduzlar yüksək işıqlılığa malik olduqları üçün onları çox uzaq məsafələrdə də müşahidə etmək mümkün olur.

Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzənin sonununda mövzu ətrafında geniş diskussiya aparılıb, suallar cavablandırılıb.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR)

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.