Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib
Okt 21 , 2024 | 01:50 / Mühüm hadisələr
Oxunma ( 535 )

Oktyabrın 18-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) növbəti genişləndirilmiş astroseminarı keçirilib.

Seminara rəhbərlik edən astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarını salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Sonra Şamaxı Astrofizika Rəsədxanasının “Qalaktikalar  və  ulduzəmələgəlmə prosesləri” şöbəsinin elmi işçisi Ülviyyə Bəşirova Ae/Be Herbiq tipli HD 141569 ulduzunun ulduzətrafı toz diskinin strukturu” mövzusunda məruzə ilə çıxış edib.

Təqdim olunan işdə 2017-2019-ci illər ərzində ŞAR-da alınmış spektral müşahidə materialı əsasında Ae/Be Herbiq tipli HD 141569 ulduzunun hidrogen xətlərinin parametrləri və profilləri tədqiq olunnuşdur. Göstərilmişdir ki, şüalanma komponentinin intensivliyi hidrogen xətlərində çox dik Balmer dekrementi yaradır. Bu da ulduz diskinin mərkəzi ulduz tərəfindən şüalanan bənövşəyi şüalanmaya qeyri-şəffaf olduğunu göstərir. Başqa sözlə, ulduzətrafı disk mərkəzi ulduzdan ultrabənövşəyi və optik diapazonda şüalanan enerji üçün qeyri-şəffafdır. Balmer xətləri həm qısamüddətli, həm də uzunmüddətli dəyişmə göstərir. Spektral xətlərin intensivliyinin dəyişməsi infraqırmızı  və radio diapazonlarda müxtəlif müəlliflərin göstərdiyi ulduz diskinin müəyyən struktura malik olduğu fikrini təsdiq edir.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb. Çıxışın yekununda mövzu ətrafında geniş müzakirə aparılıb, suallar cavablandırılıb.

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.