İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasına ekspert seçilib
Noy 06 , 2024 | 11:20 /
Oxunma ( 628 )

AR Elm və təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) sədri, kiçik elmi işçi Lamiyə Nəcəfova Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasına (AKTA) İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, elm, tədqiqat və araşdırma istiqamətləri üzrə ekspert seçilib.

Qeyd edək ki, assosiasiyanın əsas məqsədi ölkədə kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi, kibertəhlükəsizliyin təmin olunması sahəsində həyata keçirilən tədbirlərin əlaqələndirilməsi və müvafiq sahənin inkişafına dəstək verilməsindən ibarətdir.

akta.az

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.