Fotos
Gənc alim mükafatlandırıldı
Noy 15 , 2024 | 12:12 /
Oxunma ( 667 )

Noyabrın 12-14 tarixlərində Rusiyanın Ufa Elm və Texnologiya Universitetində (Уфимский университет науки и технологий, Уфа, Россия) konfrans (X Международная научная конференция Информационные технологии интеллектуальной поддержки принятия решений) keçirilmişdir. Konfransın təşkilatçılarından biri də ADNSU idi. İnstitumuzun əməkdaşları kiçik elmi işçi Şıxıyeva Fatma və t.ü.f.d. elmi işçi Kərimli Vəfa ingilis dilində məruzələrlə çıxış etmişlər. Fatma Şıxıyeva eyni zamanda konfransın elmi katibi vəzifəsini də icra etmişdir. Sonda məruzəçilər konfrans iştirakçılarını maraqlandıran sualları cavablandırdılar. Məruzəçilərə Universitet tərəfindən diplom və sertifikatlar təqdim edildi. Ən yaxşı məruzəyə görə Fatma Şıxıyeva diplomla mükafatlandırılmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.