Fotos
Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti ustad dərsi keçirilib
Dek 18 , 2024 | 10:49 / Mühüm hadisələr
Oxunma ( 49 )

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) gənc tədqiqatçılar üçün növbəti ustad dərsi keçirilib.

Tədbiri astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm giriş sözü ilə açaraq, iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Sonra rəsədxananın icraçı direktoru, professor Nəriman İsmayılov "Astronomik müşahidələrdə müasir detektorlar, onların xarakteristikaları və tətbiqləri" mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə həm klassik, həm də müasir siqnal detektorlarının quruluşu, iş prinsipi və əsas xarakteristikaları haqqında məlumat verilib. Ayrı-ayrılıqda CCD və CMOS detektorların ümumi və fərqli cəhətləri və müşahidə zamanı onlardan istifadə, müşahidə materiallarının işlənməsi prinsipi, nəticələrə təsir edən amillər haqqında danışılıb. Qaranlıq siqnal, siqnal/küy nisbəti kimi faktorların düzgün nəzərə alınması haqqında ətraflı informasiya verilib.

Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzənin sonununda mövzu ətrafında geniş diskussiya aparılıb, suallar cavablandırılıb.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.