Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib
Dek 24 , 2024 | 11:50 / Mühüm hadisələr
Oxunma ( 39 )

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) növbəti genişləndirilmiş astroseminarı keçirilib.

Seminara rəhbərlik edən astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarını salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Sonra Şamaxı Astrofizika Rəsədxanasının “Qalaktikalar və ulduzəmələgəlmə prosesləri” şöbəsinin aprıcı elmi işçisi, astronomiya üzrə fəlsəfə doktoru, dosent Həmayil Adıgözəlzadə Süni intellektin astronomiyada rolu” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi seminarda inkişaf etməkdə olan texnologiya əsrində astronomiyanın keçdiyi böyük inqilabi dəyişiklik prosesindən danışıb. O, qeyd edib ki, kompüterlərin daha müasir olması, göy cisimlərindən təxmin edilə bilməyəcək qədər böyük məlumatlar toplanması və bu istiqamətdə süni intellektin (Sİ) tətbiqi tədqiqatçılar üçün vacib bir alətə çevrilib. "Bütün bu məlumatlar haradan gəlir və kompüterlər bizə kainatın sirrlərini daha dərindən açmağa necə kömək edə bilər?" kimi suallar hələ də açıq qalmaqdadır. Sİ alqoritmləri, xüsusilə maşın öyrənmə modelləri məlumatda nümunələri tanımaq, obyektləri təsnifləşdirmək və anomaliyaları aşkar etmək üçün istifadə olunur.

 

Bu gün Sİ astronomlara ekzoplanetləri tapmaqda kömək edir, onların daha dəqiq analizini etmək üçün geniş imkanlar yaradır. Sİ həmçinin SETI (Yerdən Kənar İntellektin Axtarışı) kimi layihələrdə uzaq sivilizasiyadan gələn potensial siqnalları aşkar etməyə kömək edə bilər və hətta ekzoplanetlərin atmosferlərini modelləşdirməyə dəstək ola bilər.

 

Bir sözlə, Sİ astronomiyada böyük məlumatları emal etmək, yeni kəşflər etmək və gizli nümunələri tapmaq prosesini dəyişdirir. Kosmik kəşfiyyatın gələcəyi getdikcə bu inkişaf etmiş texnologiyalardan asılı olacaq və məlumatın həcmi, mürəkkəbliyi artdıqca Sİ-nin bu sahədəki rolu daha da böyüyəcəkdir.

 

Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan çıxışın yekununda mövzu ətrafında geniş diskussiya aparılıb, suallar cavablandırılıb.

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.