Fotos
“Sabahın iqlimini bu gün gənclərlə formalaşdıraq” mövzusunda dəyirmi masa keçirilib
Dek 02 , 2024 | 03:12 / Mühüm hadisələr
Oxunma ( 19 )

Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda “Sabahın iqlimini bu gün gənclərlə formalaşdıraq” mövzusunda dəyirmi masa keçirilib.

Tədbir Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon Təşkilatının Fizika İnstitutunun Ərazi üzrə Partiya Təşkilatı və Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ) ilə birlikdə təşkil olunub.

Tədbiri giriş sözü ilə institutun icraçı direktoru, professor Hüseyn İbrahimov açıb. O, mövzunun aktuallığını qeyd edərək bu  istiqamətdə tədbirin keçirilməsinin təqdirə layiq olduğunu qeyd edib. Bildirib ki, iqlim məsələləri bütün dünyada olduğu kimi, Azərbaycanda də gənclər üçün böyük əhəmiyyət kəsb edir. O, gənclərin iqlim siyasətindəki rolundan bəhs edib.

Dəyirmi masa institutun GAMŞ sədri, fizika üzrə fəlsəfə doktoru Behbud İbrahimovun çıxışı ilə davam edib. O, bugünlərdə ölkəmizdə keçirilən COP29 tədbirinin əhəmiyyətliliyindən danışıb. Bildirib ki, mötəbər tədbirin Azərbaycanda keçirilməsi gənclər üçün də geniş imkanlar yaratdı. O, COP29 konfrasının təşkili üçün gənc könüllülərin cəlb olunmasından danışıb. Qeyd edib ki, könüllülük proqamı gənclərin müxtəlif sahələrdə bacarıqlarının inkişaf etməsi istiqamətində mühüm rol oynadı. B.İbrahimov COP29 kimi tədbirlərin keçirilməsinin gənclərin iqlim siyasətindəki rolunu gücləndirdiyini vurğulayıb.

Fizika İnstitutunun Ərazi üzrə Partiya Təşkilatının sədri, fizika üzrə fəlsəfə doktoru Şəhla Xəlilova gələcək nəslin cəmiyyətdəki rolundan danışıb. Bildirib ki, millətin mövcudluğu üçün sağlam gənclik olmalıdır. O, hər bir ölkədə gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların hazırlığından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılı olduğunu vurğulayıb. Ş.Xəlilova gənclərə ictimai işlərdə fəal və yenilikçi olmağı tövsiyə edib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb.

https://science.gov.az/az/news/open/30870

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.