AMEA-nın vitse-prezidenti: Şuşada gənclərlə bağlı tədbirin keçirilməsi qürurverici məqamdır
Dek 03 , 2024 | 03:16 / Mühüm hadisələr
Oxunma ( 494 )

“Şuşada təşkil olunan tədbir barədə yalnız xoş sözlər demək olar”.

Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti Dilqəm Tağıyev "Gənclər Paytaxtı" Şuşa şəhərində təşkil olunan İslam Ölkələrinin Gənc Alimlərinin Forumu barədə jurnalistlərə açıqlamasında deyib.

AMEA rəsmisi bildirib ki, Azərbaycanın dilbər guşəsi olan Şuşa şəhərində bu tədbirin təşkili qürurverici məqamdır: “Çünki Şuşa Qarabağ bölgəsinin mirvarisi, Azərbaycan mədəniyyətinin paytaxtıdır. Bir neçə istiqamət üzrə gedən tədbirlərdə İslam dünyasından olan gənclər, gənc alimlər, istedadlar aktiv iştirak edirlər. Şuşada 29 ölkədən 200-dən artıq nümayəndə heyəti var. Tədbirlər yüksək səviyyədə davam edir".

Qeyd edək ki, Şuşada İslam dünyasının “Gənclər Paytaxtı”nın bağlanış mərasimi dekabrın 4-də keçiriləcək.

AzərTac

https://science.gov.az/az/news/open/30880

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.