2024-cü il üzrə AMEA-nın “İlin gənc alimi” mükafatı müsabiqəsinin nəticələri elan olunub
Yan 28 , 2025 | 01:06 /
Oxunma ( 909 )

AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında 2024-cü il üzrə AMEA-nın “İlin gənc alimi” mükafatı müsabiqəsinin nəticələri elan olunub.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, əsasnamə üzrə elmi və ictimai fəaliyyətdə fərqlənən 29 yaşadək fəlsəfə doktorluğu dissertasiya işini müdafiə etmiş gənc alimlərə “İlin gənc alimi” diplomu və pul mükafatı, 35 yaşadək fəlsəfə doktorluğu dissertasiya işini müdafiə etmiş gənc alimlərə, həmçinin elmi fəaliyyəti ilə fərqlənən, ictimai işlərdə fəallıq göstərən müdafiə etməmiş gənc mütəxəssislərə isə “İlin gənc alimi”  diplomu verilir.

Müsabiqənin nəticələrinə əsasən, Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Elnurə Hüseynova AMEA-nın “İlin gənc alimi” mükafatının diplomu və pul mükafatına layiq görülüb. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri filologiya üzrə fəlsəfə doktoru Telli Əliyeva, akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kiçik elmi işçisi Asim Cənnətov, akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kiçik elmi işçisi Şahanə Şahbazova, Arxeologiya və Antropologiya İnstitutunun elmi işçisi doktorant Günay Bayramova, Fəlsəfə və Sosiologiya İnstitutunun kiçik elmi işçisi dissertant Nigar İsmayılova, AMEA-nın Naxçıvan Bölməsi Əlyazmalar Fondunun elmi işçisi Kubra Vəliyeva, Şəki Regional Elmi Mərkəzinin elmi işçisi Ayşən Salmanova, Lənkəran Regional Elmi Mərkəzinin elmi işçisi Mirməhəmməd Babayev, Gəncə Bölməsinin şöbə müdiri dissertant Simuzər Qafarlı, keçmiş Qafqazşünaslıq İnstitutunun elmi işçisi dissertant Şərqiyyə İmaməli və Mərkəzi Elmi Kitabxananın baş mütəxəssisi siyasi elmlər üzrə fəlsəfə doktoru Züriyə Qarayeva AMEA-nın “İlin gənc alimi” nominasiyası üzrə qalib olublar.

https://science.gov.az/az/news/open/31406

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.