Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirilib
Yan 24 , 2025 | 02:14 / Mühüm hadisələr
Oxunma ( 60 )

Yanvar ayının 24-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) növbəti iclası keçirilib.

Tədbiri ŞAR Gənc Alim və Mütəxəssislər Şurasının sədri Samirə Rəhimli açaraq, gündəlikdə duran məsələlər barədə şura üzvlərinə məlumat verib.

İdarə heyətinin tərkibinin qismən dəyişdirilməsi üçün seçkilər keçirilib. Seçkinin nəticəsinə əsasən Lalə Səlimova idarə heyyətinin yeni üzvü, o cümlədən idarə heyəti daxilində növbəti seçki ilə ŞAR GAMŞ-ın yeni katibi seçilib.

Sonra Samirə Rəhimli GAMŞ-ın 2025-ci il üçün fəaliyyət planını şura üzvlərinə təqdim edib və nəzərdə tutulan punktlarla bağlı detalları diqqətə çatdırıb.

Fəaliyyət planı ətrafında geniş müzakirələr aparılıb. Müzakirələrin yekununda GAMŞ-ın 2025-ci il üçün fəaliyyət planı yekdilliklə qəbul olunub.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.