Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirilib
Fev 13 , 2025 | 10:54 / Mühüm hadisələr
Oxunma ( 769 )

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) növbəti iclası keçirilib.

Tədbiri ŞAR Gənc Alim və Mütəxəssislər Şurasının sədri Samirə Rəhimli açaraq, gündəlikdə  duran  məsələlər  barədə  şura  üzvlərinə  məlumat  verib.

İclasın gündəliyinə əsasən ŞAR GAMŞ üzvlərinin ŞAR-ın şöbələrində həyata keçirilən elmi-tədqiqat mövzuları üzrə 2025-ci ildə yerinə yetiriləcək elmi-tədqiqat işlərinə cəlb olunmaları barədə fəaliyyət planları təqdim olunub. Gənc alim və mütəxəssislər cari ildə planlaşdırılan fəaliyyətlərilə bağlı detalları diqqətə çatdırıblar.

Aidiyyatı şəxslərin çıxışları dinlənildikdən sonra şura üzvlərinin təqdim etdiyi fəaliyyət planları qəbul edilib.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.