Fotos
Gənc azərbaycanlı arxeoloqun elmi çıxışı beynəlxalq konqresdə maraqla qarşılandı
Fev 18 , 2025 | 12:23 / Mühüm hadisələr
Oxunma ( 657 )

Özbəkistanın paytaxtı Daşkənd şəhərində Beynəlxalq Türk Dünyası Gənc Akademiklər Birliyinin II Konqresi keçirilib.  Türkiyə Cümhurbaşkanı Rabitə Müdirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Xaricdəki Türklər və  Qohum Toplumlar Nazirliyi, Yunus Əmrə İnstitutu və Maarif Fondunun dəstəyi ilə keçirilmiş Konqresdə  21 ölkədən 260-a qədər gənc tədqiqatçı alim iştirak edib.

Daşkənd  Dövlət Hüquq Universitetinin ev sahibliyi etdiyi “Ortaq gələcəyin inşası” mövzulu tədbirdə açılış nitqi ilə Gənc Akademiklər Birliyinin sədri Yunus Kocabıyık çıxış edib. Y. Kocabıyık akademiklər arasında əməkdaşlığı artırmaq məqsədi daşıyan bu Konqresin keçmişdə dünyanın mühüm elm mərkəzlərindən biri olan Özbəkistanda keçirilməsindən məmnun olduqlarını bildirib.

AMEA Arxeologiya və Antropologiya İnstitutunun “Arxeoloji irsin tarixi və nəzəriyyəsi” şöbəsinin elmi işçisi, doktorant Günay Bayramova da bu Konqresdə  iştirak edib. G.Bayramovanın “Metal objects of Muncuglutepe necropolis (Azerbaijan)” (Muncuqlutəpə (Azərbaycan) nekropolisinin metal əşyaları) mövzusunda çıxışı maraqla dinlənilib. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Sabirkənd və Kələntər Dizə kəndləri yaxınlığında aşkar edilmiş Son Tunc və Erkən dəmir dövrünə aid Muncuqlutəpə nekropolu regionun həmdövr abidələri arasında dini baxışları əks etdirən qəbir abidələrinin fərqli quruluşu və tapıntıların orijinallığı ilə seçilməkdədir.

Arxeologiya və Antropologiya İnstitutu

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.