Fotos
Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib
Apr 07 , 2025 | 12:00 / Mühüm hadisələr
Oxunma ( 562 )

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) növbəti astroseminarı keçirilib.

Tədbiri astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm giriş sözü ilə açaraq, iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Sonra Batabat Astrofizika Rəsədxanasının elmi işçisi Faidə Hüseynova "Massiv Herbig Ae/Be ulduzlarının kiçik ayırdetməli spektrlərinin tədqiqi" mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi seminarda Herbig Ae/Be (HAeBe) tipli cavan ulduzların əsas xarakteristikalarını qısa şəkildə təqdim edərək, son illərdə Gaia tərəfindən alınmış yeni obyektlərin xassələrini diqqətə çatdırıb. Gaia müşahidə materiallarından alınan nəticələrə əsasən Herbig tip cavan ulduzların 3 əsas kriteriyasının spektral və fotometrik xüsusiyyətlərinin tədqiqində əhəmiyyətli rol oynadığını vurğulayıb. O qeyd edib ki, Herbig Ae/Be cavan ulduzlarının əksəriyyətində İQ diapozonda nəzərə çarpacaq dərəcədə geniş toz şüalanma artıqlığı müşahidə edilir ki, bu da ulduzun ətrafında qaz-toz diskinin mövcüdluğunu sübut edir.

Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzənin sonununda mövzu ətrafında geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.