Apr 04 , 2025 | 11:00 / Mühüm hadisələr
Hörmətli həmkarlar!
AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 6 aprel saat 20:00-da "Təhsilinizdə növbəti pillə" adlı vebinar keçiriləcəkdir.
Vebinarda aşağıdakı mövzulardan bəhs ediləcək:
Doktoranturaya qəbul, dissertantura və minimum imtahanları;
Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün tələblər;
Fəlsəfə doktoru dissertasiyasının yazılmasında yaranan bəzi çətinliklər.
Vebinar Zoom platforması üzərindən keçiriləcəkdir. İştirak ödənişsizdir.
Qeydiyyat üçün əlaqə: 051 7701859
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutu