Fotos
Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinə sənəd qəbulu davam edir
Apr 01 , 2025 | 12:35 / Digər elanlar
Oxunma ( 210 )

Elm və Təhsil Nazirliyi tərəfindən elan edilən Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinə layihə sənədlərinin qəbulu davam edir.

Layihə sənədlərinin qəbulu 10 aprel 2025-ci il tarixinədək  www.grants.edu.az  saytı üzərindən həyata keçirilir.

 

Müsabiqədə dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq istənilən ümumi təhsil müəssisəsində çalışan pedaqoji işçilər iştirak edə bilərlər.

Müsabiqənin keçirilməsində əsas məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasıdır.

 

Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz.

 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.