Apr 09 , 2025 | 12:00 / Mühüm hadisələr
13 may 2025-ci ildə AMEA Nəsimi adına Dilçilik İnstitutunda gənc dilçi doktorant və dissertantların I Respublika Sələflər Xələflər elmi konfransı keçiriləcəkdir.
Konfrans aşağıdakı bölmələr üzrə aparılacaqdır:
- Azərbaycan diçiləri
- İnternet məkanında Ana dili
- Dillərin tədrisi metodikası
- Müqayisəli-tipoloji dilçilik
- Dil və üslub məsələləri
- Dialektologiya və ədəbi dil məsələləri
- Türkologiyanın aktual problemləri
- Terminologiya və onomastika məsələləri
- Nəzəri və tətbiqi dilçilik
- Hind-Avropa dilləri
İştirakla bağlı məlumat və məqalə elektron formada 1 may 2025-ci ildən gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir.
E-mail: [email protected]
Konfransın işçi dilləri: Azərbaycan dili.
Konfransın təqvimi:
Məqalələrin göndərilməsi üçün son tarix | 1 may 2025-ci il |
Qəbul edilən məqalələr haqqında məlumatın verilməsi | 6 may 2022-ci il |
Konfransın plenar iclası və bölmə iclasları | 13 may 2022-ci il |
Məqalənin tərtibi qaydaları:
• Həcm: ingilis dilində xülasə ilə birlikdə 5 səhifə, format A4, ölçü 12, şrift Times New Roman, hər tərəfdən 2,0 sm., 1,5 interval, abzas 1,25. Mətn sətirdən sətirə keçirilmədən yığılmalıdır.
Ədəbiyyata istinadlar aşağıdakı şəkildə olmalıdır: kvadrat mötərizədə, mənbənin nömrəsi, səhifə. Məsələn: [2] və ya [2; 5; 8] və ya [2, s.14-15] və ya [2, s.17; 7, s.233-234].
Məqalənin strukturu:
1. Müəllifin soyadı, adı, atasının adı , elmi dərəcəsi qalın şriftlə
2. Məqalənin adı böyük hərflərlə, qalın şriftlə
3. Təşkilat və şəhərin adı adi şriftlə
Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələr qəbul edilməyəcək, bununla bağlı müəlliflərə əlavə məlumat verilməyəcəkdir.
Təşkilati məsələlərlə bağlı suallarınızı bu ünvana göndərə bilərsiniz: AZ 1073. Bakı, Hüseyn Cavid pr., 115. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu, V mərətəbə, 538-ci otaq.
e-mail: [email protected]
Telefon: 055 534 71 89