Fotos
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə bakalavr, magistr və doktorantura pilləsində təhsil alan gənc alim və tədqiqatçıların iştirakı ilə Faşizm üzərində qələbənin 80 illiyinə həsr olunmuş elmi konfrans keçirəcək
Apr 15 , 2025 | 11:00 / Digər elanlar
Oxunma ( 220 )

Konfransın proqramı:

Plenar iclasın keçirilməsi və bölmələr üzrə mövzu ətrafında müzakirələrin aparılması nəzərdə tutulur. Konfransın nəticələrindən ibarət yekun materiallar toplusu nəşr olunacaqdır.

 

Konfransın məkanı:

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (Ünvan: Bakı ş., H.Cavid pr.129)

 

Konfransın keçirilmə tarixi:

15 may 2025-ci il, saat 10:00-da

           

Konfransın istiqamətləri:

1. İkinci dünya müharibəsində faşizm üzərində qələbədə Azərbaycanın rolu;

2. İkinci dünya müharibəsi: Azərbaycan beynəlxalq güclərin maraq dairəsində;

3. Azərbaycanlılar İkinci Dünya müharibəsi cəbhələrində;

4. Müsair dünya və neofaşizm meylləri.

 

Konfransda iştirakın forma və şərtləri:

Konfransda iştirak etmək üçün müraciət formalarının göndərilməsi və iştirakçıların qeydiyyatı qaydası:

Konfransda iştirak edən şəxslər bu linkdə https://bit.ly/ElmiKonfrans qeydiyyatdan keçməli və tezislərini bu linkə daxil etməlidirlər.

 

Tezisin tərtibat qaydaları:

  • Mətn Microsoft Word formatında Arial şrifti ilə (hərflərin ölçüsü 12) yazılmalıdır.
  • Səhifə ölçüləri: üstdən, altdan, sağdan, soldan 2.5 sm aralıq olmalıdır. Mətn 1,5 intervalla yazılmalıdır.
  • Tezisin mətni 2-3 səhifə həcmində olmalıdır.
  • Mətnin əvvəlində tezisin adı 14 punto ilə yazılmalıdır. Başlıqdakı hər sözün ilk hərfi böyük hərflə yazılmalıdır.
  • Mətnin əvvəlində sağda müraciət edən şəxsin adı, soyadı, təhsil aldığı müəssisə, kurs, e-mail və telefon nömrəsi göstərilməlidir

 

Tezislərin son göndərilmə tarixi: 5 may 2025-ci il tarixinədəkdir.

Konfransın işçi dil: Azərbaycan dili

Ünvan: AZ 1072, Bakı şəhəri Olimpiya küçəsi 4

Çağrı mərkəzi: 187

Əlaqələndirici şəxs: Coşqun Hidayətov

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.