Fotos
AMEA Arxeologiya və Antropologiya İnstitutunda gənc tədqiqatçılar üçün maarifləndirici seminar keçirildi
Apr 18 , 2025 | 11:05 / Mühüm hadisələr
Oxunma ( 608 )

17 aprel 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Tədqiqatdan nəşrə: Müasir elmi nəşrlərin qaydaları və rəqəmsal alətləri” mövzusunda maarifləndirici seminar keçirildi. Tədbir AMEA-nın əsas binasında, Kiçik akt zalında baş tutdu.

Seminarın əsas məqsədi gənc tədqiqatçıları beynəlxalq elmi nəşr standartları ilə tanış etmək, onlara elmi fəaliyyətdə geniş istifadə olunan rəqəmsal alətlər barədə məlumat vermək və elmi nüfuzlarını artırmaq üçün zəruri biliklərlə təmin etmək idi.

Tədbirin məruzəçisi, BDU Tarix fakültəsinin dosenti, tarix üzrə fəlsəfə doktoru Lalə Əliyeva seminar iştirakçılarına ORCID sisteminin əhəmiyyəti, Scopus, Web of Science və Google Scholar kimi beynəlxalq elmi bazalar haqqında ümumi məlumat, elmi məqalələrin beynəlxalq tələblərə uyğun hazırlanma prinsipləri və müasir rəqəmsal alətlərdən səmərəli istifadə yolları barədə ətraflı təqdimatla çıxış etdi.

Seminarda institutun əməkdaşları, doktorantlar və gənc tədqiqatçılar fəal iştirak etdilər, mövzu ətrafında fikir mübadiləsi aparıldı və suallar cavablandırıldı.

AMEA Arxeologiya və Antropologiya İnstitutu

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.