Fotos
Coğrafiyaçı alim gənc tədqiqatçıların konfransında çıxış edib
May 16 , 2025 | 01:22 / Mühüm hadisələr
Oxunma ( 786 )

Qərbi Kaspi Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Qlobal çağırışlar və perspektivlər” mövzusunda gənc tədqiqatçıların elmi konfransında AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru v.i.e. c.ü.f.d., dosent Zaur İmrani iştirak edib.

Konfransın əsas məqsədi müasir dövrün qlobal problemləri - iqlim dəyişikliyi, texnoloji transformasiyalar, enerji təhlükəsizliyi, miqrasiya və süni intellektin inkişafı kimi məsələlərin elmi müstəvidə müzakirəsi olub.

Tədbirdə çıxış edən Z.İmrani son illərdə Coğrafiya İnstitutunda bu sahədə aparılan tədqiqatlar və əməkdaşlıqlar barədə ətraflı məlumat verib, elmi nəşrlərin hazırlandığını  diqqətə çatdırıb. Alim məruzəsində dayanıqlı inkişaf, ekoloji təhlükəsizlik, rəqəmsallaşma kimi məsələlərə xüsusi yer  ayırıb.

Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim olunub. Tədbir iştirakçıları belə forumların gənclərin intellektual inkişafı, tədqiqat mədəniyyətinin formalaşdırılması və qlobal səviyyəli düşüncə tərzinin təşviqində mühüm rol oynadığını qeyd ediblər.

Azərbaycan Milli Elmlər Akademiyası

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.