Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib
May 16 , 2025 | 05:00 / Mühüm hadisələr
Oxunma ( 761 )

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) növbəti astroseminarı keçirilib.

Tədbiri astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm giriş sözü ilə açaraq, iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Sonra Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı İsrayıl Balayev "Teleskopların inkişaf mərhələləri: Şamaxı Astrofizika Rəsədxanasının 2 metrlik teleskopu" mövzusunda məruzə ilə çıxış edib. 

Məruzəçi seminarda qeyd edib ki, astronomik tədqiqatların əsasını müşahidə texnologiyalarının inkişafı təşkil edir. Teleskopların inkişafı, kainatın quruluşu və dinamikası haqqında elmi biliklərin genişlənməsinə mühüm töhfələr vermişdir. Bu inkişaf prosesi tədricən daha mürəkkəb quruluşlu və yüksək müşahidə dəqiqliyinə malik cihazların meydana çıxması ilə nəticələnmişdir. 

Təqdim olunan işdə teleskopların tarixi inkişaf mərhələləri, ŞAR-ın Zeiss-2000 teleskopunun texniki xüsusiyyətləri, quraşdırılması prosesi və ona bağlı cihazlar haqqında ətraflı məlumat verilib. Astronomik müşahidələr zamanı elmi tədqiqatçıların qarşılaşa biləcəyi problemlərin həlli yolları şərh edilib.

Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzənin sonununda mövzu ətrafında geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.