"Astronomiya və Astrofizikanın Aktual Problemləri" mövzusunda Respublika konfransı keçiriləcəkdir
İyn 02 , 2025 | 10:00 / Digər elanlar
Oxunma ( 735 )

ELAN

 

4–5 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının təşkilatçılığı ilə "Astronomiya və Astrofizikanın Aktual Problemləri" mövzusunda Respublika Konfransının keçiriləcəkdir.

Astronomiya, astrofizika və bunlarla bağlı elm sahələrində fəaliyyət göstərən  tədqiqatçıların, doktorant və magistrlər konfransda iştirak edə bilər. Əlavə sual və məlumatlar üçün konfransın rəsədxana Veb səhifəsinə (https://m.shao.az/) və Lokal Təşkilat Komitəsinə aşağıda göstərilən email və telefonla müraciət edə bilərsiniz.

 

Konfransla bağlı elan və poster bu məktuba əlavə olunmuşdur.

 

Konfransın Veb səhifəsi: https://m.shao.az/

E-mail: shao.conference.secretary@gmail.com

Əlaqə nömrəsi:  (+99470 3555566)

Azərbaycan Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası

 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.