Fotos
15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda konfrans keçirilib
İyn 11 , 2025 | 03:00 / Mühüm hadisələr
Oxunma ( 815 )

 

11 iyun 2025-ci il tarixində Yasamal rayon Heydər Əliyev Mərkəzinin və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda konfrans keçirilib.

Tədbirdə dövlət qurumlarının nümayəndələri, elmi və təhsil müəssisələrinin əməkdaşları və tələbələr iştirak ediblər.

İştirakçılar əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himnini dinləyib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov və digər qonaqlar çıxış ediblər.

  Konfransda AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Şəfa Əliyevanın “Dövlətçilik və elmli gəncliyin formalaşmasında Ulu Öndər Heydər Əliyevin elmi-siyasi baxışı” mövzusunda  məruzəsi dinlənildi.

Çıxışında Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik ideologiyasının elmi əsasları, gənclərin vətənpərvərlik ruhunda formalaşmasında bu irsin rolu, eləcə də elm və siyasətin strateji vəhdətindəki düşüncə modeli təhlil edildi.

Tədbirdə  AMEA  Memarlıq və İncəsənət İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Əlləz Əhmədov, gənc alim Eşqin Məmmədov, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları Turanə Cabbarzadə, Qumral Mirzəyeva, AMEA  da iştirak ediblər.

Tədbirin sonunda iştirakçılar Heydər Əliyev Mərkəzinin ekspozisiya zalında Ulu Öndərin büstünü ziyarət etmiş və dövlətçilik fəaliyyətinə həsr olunmuş foto-sərgi ilə tanış olmuşlar.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.