Fotos
Kataliz və Qeyri-üzvi Kimya İnstitutu ilə Şandunq EA-nın Enerji Tədqiqatları İnstitutu birgə tədqiqat aparacaq
İyn 11 , 2025 | 06:00 /
Oxunma ( 729 )

Çin Xalq Respublikasının Şandunq əyalətinin Jinan şəhərində Beynəlxalq Elmlər Akademiyası Assosiasiyasının II Konqresi keçirilib.

Konqres çərçivəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutu ilə Şandunq Elmlər Akademiyasının (EA) Enerji Tədqiqatları İnstitutu arasında anlaşma memorandumu imzalanıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, memorandum azkarbonlu enerji istehsalı üçün yüksək konversiyaya malik innovativ texnologiyaların hazırlanması istiqamətində birgə tədqiqatların aparılmasına dair işlərin görülməsini özündə ehtiva edir.

Memorandumun imzalanması mərasimindən sonra Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun aparıcı elmi işçisi dosent Elmir Babayev Enerji Tədqiqatı İnstitutuna baş çəkib, oradakı laboratoriyaların şəraiti və müasir avadanlıqlarla tanış olub, həmin elmi müəssisə ilə birgə reallaşdırıla biləcək layihələri müzakirə edib. Müştərək layihələr kimi biokütlədən müxtəlif çevrilmə üsulları ilə enerji istehsalı, C1 kimyası, xüsusən də karbon qazının çevrilmələri istiqamətində perspektiv işlər müəyyən edilib.

AZƏRTAC

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.