Gənc alim və tədqiqatçıların yay düşərgəsi keçiriləcək
İyl 30 , 2025 | 05:00 / Digər elanlar
Oxunma ( 895 )

21-26 avqust 2025-ci il tarixlərində AR Gənclər və İdman Nazirliyi və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə Qazax Olimpiya İdman Kompleksində gənc alim və tədqiqatçıların yay düşərgəsi keçiriləcək.

Yay düşərgəsində yaşı 35-ə qədər olan gənc alim və tədqiqatçılar, eləcə də doktorant və magistrantlar iştirak edə bilər.  Yay düşərgəsi “Milli dəyərlərlə rəqəmsal gələcəyə” şüarı ilə təşkil olunacaq.

Düşərgəyə buradan qeydiyyatdan keçə bilərsiniz. Qeydiyyat 5 avqusta qədər davam edəcəkdir.

Azərbaycan Milli Elmlər Akademiyası

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.