Arxeologiya və Antropologiya İnstitutunun elmi işçisi MAG TV-nin qonağı olub
Fev 06 , 2026 | 05:00 / Müsahibələr, çıxışlar
Oxunma ( 181 )

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun elmi işçisi, 2025-ci il Prezident Mükafatçısı Mircavid Ağalarov 2 fevral "Gənclər günü" ilə bağlı MAG TV-nin qonağı olub. O, müsahibəsində Müasir Azərbaycan Gəncliyindən, Qarabağa qayıdış prosesinin elmi baxımdan da davam etdiyindən, Azərbaycanda geniş şəkildə inkişaf etmiş Gənclər siyasətindən, ötən ildə AMEA-da yaranmış Gənclər Akademiyasından və s. danışıb. 

Müsahibə ilə daha ətraflı https://www.facebook.com/share/v/1bfg45FhcR/?mibextid=wwXIfr linkindən istifadə edərək tanış ola bilərsiniz.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.